Qelebə.az / Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar

Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar

18-11-2024, 10:28

Azərbaycan badmintonçuları Zambiyanın Lusaka şəhərində keçirilən "Zambia International" turnirində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qızıl mükafatları şəxsi yarışda qadınlardan Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu və qarışıq qoşa kateqoriyasında Aqil Qəbilov - Era Maftuha tandemi əldə ediblər

Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva gümüş medala sahib çıxıblar.

Daha 2 bürünc mükafatı qadınlardan Həcər Nuriyeva, qadınların qoşa yarışında isə Həcər Nuriyeva ilə Era Maftuha hesabımıza yazdırıblar.

Geri qayıt