Qelebə.az / Avropa Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Avropa Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

17-11-2024, 10:02

Bu gün qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda növbəti oyununa çıxacaq.

“QELEBE.AZ” xəbər verir ki, təmsilçimiz turnirin III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gələcək.

Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunacaq qarşılaşma saat 12:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün baş tutan ilk görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 33:20.

Geri qayıt