Qelebə.az / "Neftçi"nin məşqçi və futbolçuları üçün seminar təşkil olunub

"Neftçi"nin məşqçi və futbolçuları üçün seminar təşkil olunub

15-11-2024, 13:11

“Neftçi” klubunun Yüksək Qızlar Liqasında mübarizə aparan komandasının məşqçi və futbolçuları üçün seminar təşkil olunub.

"QELEBE.AZ" paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftçi Arena”da təşkil olunan tədbirdə AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi, sabiq FİFA referisi Orxan Məmmədov çıxış edib.

O, "Neftçi"nin üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında məlumat verib.

Geri qayıt