Qelebə.az / Fernandu Santuş: "Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları əldə etməyi planlaşdırmışam"

Fernandu Santuş: "Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları əldə etməyi planlaşdırmışam"

15-11-2024, 11:17

Bu illər ərzində Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları əldə etməyi planlaşdırmışam.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Qəbələdə Estoniya ilə keçiriləcək matçdan öncə mətbuat konfransında bildirib.

Portuqaliyalı mütəxəssis komandanın durumunu dəyərləndirib:

"Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları qazanmağı planlaşdırmışam. Milliyə təzə gəlmişəm. Oyunçularla bağlı verilən qərarlar yalnız mənə məxsusdur. Komanda Estoniya ilə oyuna yaxşı hazırlaşıb".

Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Geri qayıt