Qelebə.az / "Yuventus"un futbolçusu zədə səbəbindən mövsümü başa vurub

"Yuventus"un futbolçusu zədə səbəbindən mövsümü başa vurub

14-11-2024, 19:03

İtaliyanın "Yuventus" komandasının müdafiəçisi Xuan Kabal zədə səbəbindən mövsümü erkən başa vurub.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müayinə zamanı kolumbiyalı futbolçunun çarpaz bağlarında yırtıq aşkarlanıb.

Qeyd edək ki, X.Kabal cari mövsüm "Yuventus"un heyətində 7 oyunda meydana çıxıb.

Geri qayıt