Qelebə.az / Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

11-11-2022, 09:34

İtaliya "Roma"sının baş məşqçisi Joze Mourinyo futbolçularından birinə klubu tərk etməyi tövsiyə edib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, buna oyunçunun qeyri-peşəkar münasibət göstərməsi səbəb olub.

Portuqaliyalı mütəxəssis bu barədə "Sassuolo" ilə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XIV tur oyunundan sonra açıqlama verib, lakin futbolçunun adını açıqlamayıb: "Demək olar ki, paltardəyişmə otağına getmirəm. Bu gün isə onunla danışdım və yanvarda klubdan getməsini tövsiyə etdim. Amma bunun nə ilə nəticələnəcəyini bilmirəm".

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildən "Roma"nın baş məşqçisidir.

Geri qayıt