Qelebə.az / Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək

13-11-2024, 09:58

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

"QELEBE.AZ"un məlumatına görə, VI qrupda yer alan yığma Macarıstanla üz-üzə gələcək.

Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Avropa çempionatının seçmə mərhələsi

VI qrup

13 noyabr


14:00. Macarıstan - Azərbaycan

Hakimlər: Yon Orlik, Vadim Vikol (hər ikisi Moldova), Adrian Vorniku, Vlad Baban (hər ikisi Rumıniya).

Tunari, "Tunari" stadionu.

Geri qayıt