Qelebə.az / Fransa millisinin sabiq üzvü şərti olaraq 2 il yarım həbs cəzası alıb

Fransa millisinin sabiq üzvü şərti olaraq 2 il yarım həbs cəzası alıb

12-11-2024, 18:30

Fransa millisinin sabiq üzvü Vissam Ben Yedder cinsi təcavüzdə şübhəli bilinərək şərti qaydada 2 il 6 ay həbs cəzası alıb.

"QELEBE.AZ" "RMC Sport" agentliyinə istinadən xəbər verir ki, son mövsümü ölkəsinin "Monako" klubunda keçirən futbolçu 6,5 ​​min avro məbləğində təzminat ödəməklə şərti 2 il yarım cəzaya məhkum olunub.

O, istirahət zamanı 21 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.

Qeyd edək ki, Ben Yedder 2023-cü ildə də eyni cinayətə görə polis tərəfindən saxlanılmışdı.

Geri qayıt