Qelebə.az / Rusiyalı ikiqat dünya çempionu vəfat edib

Rusiyalı ikiqat dünya çempionu vəfat edib

12-11-2024, 09:58

Müasir beşnövçülük (pentatlon) üzrə ikiqat dünya çempionu Eduard Sdobnikov vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müasir Pentatlon Federasiyası məlumat yayıb.

Keçmiş idmançının 87 yaşında öldüyü bildirilib.

SSRİ-nin Əməkdar idman ustası 1962-ci ildə Meksikada fərdi və komanda yarışlarında qızıl medal qazanıb. O, həm də ikiqat SSRİ çempionudur.

Geri qayıt