Qelebə.az / "Milan"ın sabiq baş məşqçisi A Seriyası təmsilçisini çalışdıracaq

"Milan"ın sabiq baş məşqçisi A Seriyası təmsilçisini çalışdıracaq

11-11-2024, 16:48

İtaliyanın "Milan" klubunun sabiq baş məşqçisi Marko Campaolo A Seriyası təmsilçisi "Leççe"ni çalışdıracaq.

"Report" xəbər verir ki, bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

57 yaşlı mütəxəssis yeni komandası ilə mövsümün sonuna qədər anlaşıb.

Qeyd edək ki, "Leççe" İtaliya çempionatında 12 turdan sonra 9 xalla 18-cidir.

Geri qayıt