Qelebə.az / Azərbaycanın qadın futbolçulardan ibarət millisi Xorvatiya ilə heç-heçə edib

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Xorvatiya ilə heç-heçə edib

10-11-2022, 17:59

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda “Dalğa Arena”da Xorvatiya ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu komandalar arasında növbəti oyun noyabrın 13-də keçiriləcək.

Geri qayıt