Qelebə.az / UEFA Avropa Liqası: "Qarabağ" "Budyo Qlimt"lə oyunda yenidən hesabda irəli çıxıb - YENİLƏNİB-5

UEFA Avropa Liqası: "Qarabağ" "Budyo Qlimt"lə oyunda yenidən hesabda irəli çıxıb - YENİLƏNİB-5

7-11-2024, 23:13

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb - 2:1.

59-cu dəqiqədə Abdullah Zubir fərqlənib.

22:50

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda davam edən matçda hesab bərabərdir- 1:1.

Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

22:34

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionundakı matçda hesab bərabərdir - 1:1.

Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

22:28

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab bərabərləşib.

"QELEBE.AZ" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda meydan sahibləri "status-kvo"nu bərpa ediblər - 1:1.

41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

22:09

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb.

22-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.

21:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyunu start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma Bude şəhərindəki "Aspmira" stadionunda keçirilir.

Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir.

Geri qayıt