Qelebə.az / "İnter" və "Roma"nın sabiq üzvü həm futbol, həm də basketbol matçlarına çıxacaq

"İnter" və "Roma"nın sabiq üzvü həm futbol, həm də basketbol matçlarına çıxacaq

7-11-2024, 20:11

İtaliyada "İnter" və "Roma" klublarında çıxış etmiş Adem Lyaiç karyerasını həm futbolçu, həm də basketbolçu kimi davam etdirəcək.

"Report" xəbər verir ki, Serbiyada "Novi-Pazar" futbol klubunun uğurları üçün çalışan 33 yaşlı vinger, eyni zamanda basketbol komandası ilə də müqavilə imzalayıb.

Adem Lyaiç cari mövsüm "Novi-Pazar"ın heyətində 14 görüşdə 5 qol vurub.

Qeyd edək ki, Serbiya millisinin sabiq üzvü, 2018-ci ildən 2022-ci ilə qədər Türkiyədə "Beşiktaş"ın da formasını geyinib.

Geri qayıt