Qelebə.az / İsveçli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

İsveçli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

7-11-2024, 19:08

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Viktor Qyökereş azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

"QELEBE.AZ" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səsvermədə Luis Dias ("Liverpul") ikinci, Nikolas-Herrit Kyun ("Seltik") üçüncü yeri tutub.

Viktor Qyökereş Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Mançester Siti"yə (İngiltərə) 4:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.

Qeyd edək ki, 26 yaşlı isveçli hücumçu cari mövsüm qitənin ən nüfuzlu klub turnirində meydana çıxdığı 4 görüşdə 5 qol vurub.

Geri qayıt