Qelebə.az / İsveçli futbolçu Messinin uğurunu təkrarlayıb

İsveçli futbolçu Messinin uğurunu təkrarlayıb

6-11-2024, 10:08

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Viktor Dyekereş UEFA Çempionlar Liqasında Lionel Messi və Kristofer Nkunkunun uğurunu təkrarlayıb.

"QELEBE.AZ"un məlumatına görə, 26 yaşlı hücumçu buna "Mançester Siti"yə qalib gəldikləri (4:1) turnirin Liqa mərhələsinin IV turunun matçında 3 qol vurmaqla nail olub.

İsveçli forvard qitənin bir nömrəli klub turnirində "şəhərlilər"lə qarşılaşmada het-trik edən üçüncü oyunçudur.

Daha əvvəl Lionel Messi 2016-cı ildə İspaniyanın "Barselona" komandasının heyətində, Kristofer Nkunku isə Almaniya təmsilçisi "Leyptsiq"də bunu bacarıb.

Geri qayıt