Qelebə.az / Qazaxıstan təmsilçisi Bakıda Azərbaycan klubları ilə yoxlama oyunları keçirib

Qazaxıstan təmsilçisi Bakıda Azərbaycan klubları ilə yoxlama oyunları keçirib

5-11-2024, 18:40

Bakıda təlim-məşq toplanışında olan Qazaxıstanın "Turan" kollektivi Azərbaycan klubları ilə iki yoxlama oyunu keçirib.

"QELEBE.AZ" xəbər verir ki, əvvəlcə "Dinamo" ilə qarşılaşan asiyalılar 31:27 hesablı qələbəyə seviniblər.

Daha sonra "Bakı" ilə üz-üzə gələn "Turan" məğlub olub. Qarşılaşma Azərbaycan klubunun 38:28 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, təlim-məşq toplanışına 25 həndbolçu ilə qatılan "Turan" komandası Bakıda daha əvvəl "Azəryol" komandası ilə qarşılaşıb.

“AHF Arena” İdman Kompleksində təşkil olunan yoxlama görüşü təmsilçimizin 34:28 hesablı qələbəsi ilə bitib.

Geri qayıt