Qelebə.az / "Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

10-11-2022, 09:27

"Sabah" klubunun futbolçusu Aleksey Kaşuk Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.

"Report" yerli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi noyabrın 19-da İsrail, noyabrın 21-də Gürcüstanla yoldaşlıq matçları üçün heyətdə yer alacaq.

Yığmanın 15 - 22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı planlaşdırılır.

Qeyd edək ki, Ukraynanın U-21 yığması 2023-cü ildə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Komanda B qrupunda Rumıniya, İspaniya və Xorvatiya ilə mübarizə aparacaq.

Geri qayıt