Qelebə.az / Azərbaycan boksçusu dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan boksçusu dünya birinciliyində gümüş medal qazanıb

2-11-2024, 19:44

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyini gümüş medalla başa vurub.

Bu barədə “QELEBE.AZ”a Azərbaycan Boks Federasiyasından bildirilib.

48 kq-da mübarizə aparan milli üzvü finalda Safyiddin Sabirova (Özbəkistan) məğlub olub.

Qeyd edək ki, Bilalhəbaşi Nəzərov yarımfinalda Osman Çadqura (Mərakeş) qalib gəlib. Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

Geri qayıt