Qelebə.az / "Qarabağ" təxirə salınmış oyunda qələbə qazanıb

"Qarabağ" təxirə salınmış oyunda qələbə qazanıb

9-11-2022, 16:20

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış oyun keçirilib.

"Report"un məlumatına görə, "Qarabağ" səfərdə "Turan Tovuz"un qonağı olub. Görüş "köhlən atlar"ın qələbəsi ilə başa çatıb - 2:0.

Hesab 20-ci dəqiqədə açılıb. Meydan sahiblərindən Vüsal Məsimov avtoqol müəllifi olub. Digər qolu isə 37-ci dəqiqədə Kvabena Ovusu vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 39-a çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. Bu mövsüm ölkə çempionatında keçirdiyi 13 matçın hamısından qalib ayrılan Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"ı 5 xal qabaqlayır. 15 xalı olan "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.

Geri qayıt