Qelebə.az / "Real"ın La Liqadakı oyunu təxirə salınıb

"Real"ın La Liqadakı oyunu təxirə salınıb

31-10-2024, 17:59

İspaniya La Liqasının XII turunda keçirilməsi planlaşdırılan "Valensiya" - "Real" oyunu təxirə salınıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanın hansı tarixdə olacağı hələlik bəlli deyil. Görüş noyabrın 3-də baş tutmalı idi.

Qeyd edək ki, "Valensiya"nın daha əvvəl İspaniya Kubokunda "Parla Eskuela" ilə matçı qasırğa səbəbindən ertələnib.

Geri qayıt