Qelebə.az / Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində Serbiya ilə qarşılaşıb

Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində Serbiya ilə qarşılaşıb

30-10-2024, 23:03

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində ilk oyununu keçirib.

"QELEBE.AZ" xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş Serbiyanın 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.

Azərbaycan millisi qrupda növbəti matçını noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək.

Geri qayıt