Qelebə.az / "Turan Tovuz"un futbolçusu ölkəsinin yığmasına dəvət alıb

"Turan Tovuz"un futbolçusu ölkəsinin yığmasına dəvət alıb

30-10-2024, 17:02

"Turan Tovuz" klubunun moldovalı futbolçusu Denis Marandiçi ölkəsinin yığmasına dəvət alıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi Moldova millisinin qarşıdakı 2 oyununda iştirak edə bilər.

Qeyd edək ki, Moldova yığması noyabrın 16-da Millətlər Liqasında Andorra ilə qarşılaşacaq. Komanda bundan üç gün sonra Cəbəllütariqlə yoxlama matçında qüvvəsini sınayacaq.

Geri qayıt