Qelebə.az / Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşib

Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşib

30-10-2024, 14:18

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi bəlli olub.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Konya təmsilçisi Recep Uçara tapşırılıb. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu postda Əli Çamdalını əvəzləyib.

Qeyd edək ki, "Konyaspor" hazırda Superliqada 11 xalla 11-ci pillədə qərarlaşıb.

Geri qayıt