Qelebə.az / Avropa Kuboku: “Kür” III mərhələdə İslandiya klubu ilə qarşılaşacaq

Avropa Kuboku: “Kür” III mərhələdə İslandiya klubu ilə qarşılaşacaq

29-10-2024, 15:37

Kişi həndbolçulardan ibarət “Kür” kollektivi Avropa kubokunun III mərhələsində İslandiyanın “Haukar” klubu ilə qarşılaşacaq.

"Report" xəbər verir ki, təmsilçimiz növbəti mərhələnin ilk oyununa səfərdə çıxacaq.

Raundun ilk qarşılaşmaları noyabrın 23-24, cavab qarşılaşmaları isə noyabrın 30-u dekabrın 1-i tarixlərində keçiriləcək.

Qeyd edək ki, Mingəçevir klubu II mərhələdə Kiprin “Parnassos Strovolu” komandasına qalib gəlmişdi. (32:29, 35:31)

Geri qayıt