Qelebə.az / Avropa birinciliyi: Azərbaycan atletləri gümüş və bürünc medal qazanıblar

Avropa birinciliyi: Azərbaycan atletləri gümüş və bürünc medal qazanıblar

28-10-2024, 21:59

Azərbaycan atletləri Polşada keçirilən Avropa birinciliyində gümüş və bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, Tehran Məmmədov (67 kq) birdən qaldırma hərəkətində 133 kq-ı ram edərək gümüş medala sahib çıxıb.

Fuad Həsənov (67 kq) isə təkanla qaldırmada 156 kq-ın öhtəsindən gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, toplam 287 kq (131+156) nəticə ilə yekun sıralamada bürünc medalı aktivinə yazdırıb.

Geri qayıt