Qelebə.az / ABŞ-də üçqat NBA çempionunun heykəli ucaldılıb

ABŞ-də üçqat NBA çempionunun heykəli ucaldılıb

28-10-2024, 18:04

ABŞ-nin Mayami şəhərində üçqat NBA çempionu Dueyn Ueydin heykəli ucaldılıb.

"QELEBE.AZ" xəbər verir ki, bürünc heykəlin açılışı oktyabrın 27-də baş tutub.

O, "Mayami" komandasının heyətində heykəli ucaldılan ilk basketbolçu olub.

Qeyd edək ki, D.Ueyd 2003-2016-cı illərdə və 2018/2019 mövsümündə "Mayami"də çıxış edib. 2019-cu ildə karyerasını başa vuran idmançı 4 il sonra basketbolun Şöhrət Zalına daxil edilib.

Geri qayıt