Qelebə.az / Avropa Kuboku: “Kür” komandası bu gün mübarizəyə başlayır

Avropa Kuboku: “Kür” komandası bu gün mübarizəyə başlayır

26-10-2024, 09:07

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda mübarizəyə başlayır.

“QELEBE.AZ”un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, II mərhələdən yarışa qoşulan təmsilçimiz Kür Olimpiya Tədris-İdman Mərkəzində Kiprin “Parnassos Strovolu” komandası ilə üz-üzə gələcək.

Xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorakın idarə edəcəyi qarşılaşma saat 17:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı da sabah Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Geri qayıt