Qelebə.az / Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu keçirilib

25-10-2024, 21:44

Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, B qrupunda "Sumqayıt" evdə "Lənkəran"la qarşılaşıb.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüş qonaq komandanın 93:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun açılış matçında A qrupunda “Naxçıvan” NTD kollektivinə 72:71 hesabı ilə qalib gəlib.

II turun digər matçları oktyabrın 26-27-də reallaşacaq.

Geri qayıt