Qelebə.az / Mahir Emreli "Nürnberq"də növbəti qolunu vurub

Mahir Emreli "Nürnberq"də növbəti qolunu vurub

25-10-2024, 21:07

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında növbəti qolunu vurub.

"QELEBE.AZ"un məlumatına görə, qarşılaşma II Bundesliqanın X turuna təsadüf edib.

Doğma meydanda "Reqensburq" kollektivini qəbul edən "Nürnberq"in heyətində ikinci qolu 23-cü dəqiqədə Mahir Emreli rəqibin qapısından keçirib.

Hazırda davam edən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.

Qeyd edək ki, 27 yaşlı hücumçu komandasının heyətində ilk qolunu ötən həftə "Qroyter Fyurt"la matçda vurmuşdu.

Geri qayıt