Qelebə.az / İtaliya A Seriyası: “Bolonya” – “Milan” matçı daşqın səbəbindən təxirə salınıb

İtaliya A Seriyası: “Bolonya” – “Milan” matçı daşqın səbəbindən təxirə salınıb

25-10-2024, 19:57

Futbol üzrə İtaliya A Seriyasının IX turunun “Bolonya” – “Milan” matçı daşqın səbəbindən təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə yerli Futbol Federasiyası məlumat yayıb.

Oktyabrın 26-da keçirilməli olan oyunun hansı tarixdə baş tutacağı bəlli deyil.

Qeyd edək ki, ötən həftə Bolonyada bir neçə saat güclü yağış yağması səbəbindən, çaylar daşıb və küçələri su basıb.

Geri qayıt