Qelebə.az / "Beşiktaş" 17 yaşlı qapıçı ilə müqavilə imzalayıb

"Beşiktaş" 17 yaşlı qapıçı ilə müqavilə imzalayıb

22-10-2024, 18:22

Türkiyənin "Beşiktaş" klubu əvəzedici heyətin qapıçısı Mehmet Tuğra ilə müqavilə bağlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı qolkiper 2027-ci ilə qədər İstanbul təmsilçisinin əsas komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, M.Tuğra 2019-cu ildən "Beşiktaş"ın aşağı yaş qruplarında çıxış edir.

Geri qayıt