Qelebə.az / Azərbaycan çempionu Yüksək Liqanın ilk turunda məğlub olub

Azərbaycan çempionu Yüksək Liqanın ilk turunda məğlub olub

22-10-2024, 17:18

"Araz-Naxçıvan" klubu futzal üzrə Yüksəl Liqanın 2024/2025 mövsümünün açılış matçında məğlub olub.

"QELEBE.AZ" xəbər verir ki, son ölkə çempionu I turda “Baku Fire” ilə üz-üzə gəlib.

Qarşılaşma paytaxt komandasının qələbəsi ilə bitib - 8:6.

Qeyd edək ki, ilk turun "Şuşa" – "Neftçi" İK qarşılaşması davam edir və hesab bərabərdir - 1:1. Saat 18:00-da U-19 – "Yasamal Bakı" görüşü start götürəcək.

Geri qayıt