Qelebə.az / Həbsxanada olan boksçu dörd illik diskvalifikasiya edilib

Həbsxanada olan boksçu dörd illik diskvalifikasiya edilib

22-10-2024, 11:33

Böyük Britaniyanın Antidopinq Agentliyi (UKAD) həbsxanada olan boksçu Cek Yubankı dörd il müddətinə diskvalifikasiya edib.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, polis 2021-ci ilin avqustunda idmançının avtomobilində narkotik maddələr aşkarlayıb.

Boksçunun evində aparılan axtarış zamanı daha 340 qram kokain tapılıb ki, bunun ümumi dəyəri 34700 funt-sterlinq təşkil edib. 2023-cü ilin sentyabrında idmançı Kenterberinin Kral Məhkəməsi tərəfindən narkotik maddələrin satışı və cinayət yolu ilə əldə edilmiş əmlakın saxlanması ittihamı ilə 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, C.Yubank peşəkar rinqdə keçirdiyi 9 döyüşün dördündə qələbə qazanıb, beşində məğlubiyyətlə üzləşib. O, sonuncu döyüşünə 2021-ci ilin dekabrında çıxıb.

Geri qayıt