Qelebə.az / Avropa Liqası: "Ayaks"ı Bakıda dəstəkləmək üçün Niderlanddan 500-ə yaxın azarkeş gələcək

Avropa Liqası: "Ayaks"ı Bakıda dəstəkləmək üçün Niderlanddan 500-ə yaxın azarkeş gələcək

21-10-2024, 11:29

"Ayaks" komandasını Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun oyununda dəstəkləmək üçün Niderlanddan 500-ə yaxın azarkeş gələcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi Amsterdam təmsilçisinin fanatları üçün 460 bilet istədiyini vurğulayıb:

"Ayaks" sabah axşam saatlarında Bakıya gələcək. Klubun media komandası və iki yayımçı TV də Azərbaycana səfər edəcək".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Geri qayıt