Qelebə.az / Azərbaycan Premyer Liqası: "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub edib

Azərbaycan Premyer Liqası: "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub edib

19-10-2024, 17:28

Azərbaycan Premyer Liqasının X turunda “Araz-Naxçıvan” komandası səfərdə “Şamaxı”nı məğlub edib.

“QELEBE.AZ” xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma Elmar Baxşıyevin rəhbərlik etdiyi Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 73-cü dəqiqədə Felipe Santos rəqib qapısından keçirib.

Qeyd edək ki, turun ötən gün baş tutan "Kəpəz" - "Qarabağ" görüşündə Ağdam təmsilçisi böyükhesablı qələbə qazanıb - 5:0.

Geri qayıt