Qelebə.az / Azərbaycan Basketbol Liqası: “Gəncə” “Lənkəran”ı məğlub edib

Azərbaycan Basketbol Liqası: “Gəncə” “Lənkəran”ı məğlub edib

19-10-2024, 15:57

Azərbaycan Basketbol Liqasının ilk turunda “Gəncə” “Lənkəran”ı məğlub edib.

"QELEBE.AZ"un məlumatına görə, B qrupunda yer alan bölgə təmsilçilərinin Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüşü “Gəncə” komandasının qələbəsi ilə yekunlaşıb - 90:75.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.

Geri qayıt