Qelebə.az / Ağcabədidə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub

Ağcabədidə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub

18-10-2024, 14:26

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Ağcabədidə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.

Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub.

Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqdim ediblər.

Geri qayıt