Qelebə.az / Əliyar Ağayev indiyədək idarə etdiyi ən çətin oyunu açıqlayıb

Əliyar Ağayev indiyədək idarə etdiyi ən çətin oyunu açıqlayıb

17-10-2024, 16:30

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev indiyədək idarə etdiyi ən çətin oyunu açıqlayıb.

Bu barədə hakim özü “QELEBE.AZ”a müsahibəsində deyib.

O, ən çətin sınağının UEFA Avropa Liqasının “Sürix” - “Bayer 04” matçı olduğunu bildirib:

"Bəzən ideal komandaların oyununun çətin olduğunu düşünürlər. Lakin bir çox hallarda turnir cədvəlinin sonunda qərarlaşan komandaların oyununun daha çətin olduğunu görürük. Elitanı kimsə tərk edəcəksə, o komandanın matçını idarə etmək çətin olur. Avropada mənim üçün indiyədək ən çətin görüş “Sürix” (İsveçrə) - “Bayer 04” (Almaniya) matçı olub. Təkcə mən deyil, bütün briqada üçün belə alınıb. O vaxt “altılıq” sistemi var idi, qapının arxasında duran hakimlər də olurdu. Həmin oyunda hər köməkçi hakimin üzərinə müəyyən yük düşmüşdü".

Qeyd edək ki, sözügedən qarşılaşma 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.

Əliyar Ağayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Geri qayıt