Qelebə.az / "Liverpul"un müdafiəçisi İspaniya klubuna keçmək qərarına gəlib

"Liverpul"un müdafiəçisi İspaniya klubuna keçmək qərarına gəlib

17-10-2024, 12:49

İngilətərənin "Liverpul" klubunun müdafiəçisi Trent Aleksander-Arnold İspaniya təmsilçisi "Real"a keçmək qərarına gəlib.

"Report" xaric KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisnin üzvü gələn yay "Real"a qoşulmağı planlaşdırsa da klub onun keçidini bu qış reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, 2025-ci ilə qədər "Liverpul"la müqaviləsi olan futbolçu məhz bu klubun yetirməsidir. 25 yaşlı müdafiəçi 2016-cı ildən əsas komandada çıxış edir. Məşhur "Transfermarkt" portalı oyunçunu 70 milyon avro dəyərində qiymətləndirir.

Geri qayıt