Qelebə.az / "Sabah" FIBA Avropa Kubokunda növbəti matçını keçirib

"Sabah" FIBA Avropa Kubokunda növbəti matçını keçirib

16-10-2024, 21:02

"Sabah"ın kişi basketbolçulardan ibarət komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçını keçirib.

"QELEBE.AZ" xəbər verir ki, G qrupunda yer alan Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv II turda Yunanıstan təmsilçisi "Marussi" ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən qarşılaşma rəqibin 82:70 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk turda səfərdə Belçikanın "Spiru" komandasına 81:82 hesabı ilə məğlub olub.

Geri qayıt