Qelebə.az / Meksika millisinin kapitanı yığma karyerasını başa vurub

Meksika millisinin kapitanı yığma karyerasını başa vurub

16-10-2024, 11:50

Meksika millisinin kapitanı Andres Quardado yığma karyerasını başa vurub.

"QELEBE.AZ" xəbər verir ki, ABŞ millisinə qarşı yoldaşlıq görüşü 38 yaşlı yarımmüdafiəçi üçün sonuncu olub.

Meksika bu qarşılaşmada 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, A.Quardado millinin heyətində 182 oyunda forma geyinib. O, bu göstəriciyə görə yığmanın rekordçusudur. Yarımmüdafiəçi Meksika millisi ilə 5 dünya çempionatında iştirak edib.

Geri qayıt