Qelebə.az / Güləş Federasiyasının rəsmiləri Qəbələyə səfər ediblər

Güləş Federasiyasının rəsmiləri Qəbələyə səfər ediblər

15-10-2024, 16:21

Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və Regionlar üzrə əlaqələndirici Elfaq Səfərov "Qəbələ" İdman Klubunun güləş bölməsində yaradılan şəraitlə tanış olmaq üçün Qəbələ şəhərinə səfər ediblər.

AGF-dən "QELEBE.AZ"a verilən məlumata görə, rəsmilər məşqçilərlə görüşüb, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb və idmançılara öz tövsiyələrini çatdırıblar.

Qeyd edək ki, “Qəbələ” İdman Klubunda məşqçi-müəllimlər Fərid Mustafayev (sərbəst güləş) və Ruhin Mikayılovun (yunan-Roma güləşi) rəhbərliyi altında 70-dən artıq yeniyetmə güləşlə məşğul olur.

Geri qayıt