Qelebə.az / “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb

15-10-2024, 16:25

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Klubdan "Report"a verilən məlumata görə, əyalət təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb.

Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” “Keşlə”, “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.

Geri qayıt