Qelebə.az / "Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

6-11-2022, 10:45

"Şalke" futbol üzrə Almaniya Bundesliqasında antirekordu təkrarlayıb.

"QELEBE.AZ"un məlumatına görə, komanda XIII turda "Verder"ə 1:2 hesabı ilə uduzub.

Gelzenkirhen təmsilçisi ardıcıl 35-ci səfər qarşılaşmasında qalib gələ bilməyib. Daha əvvəl 1976 - 1981-ci illərdə "Karlsrue" eyni uğursuzluqla üzləşib.

Qeyd edək ki, "Şalke" Bundesliqada 6 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Geri qayıt