Qelebə.az / Millətlər Liqası: Portuqaliya yığması Polşanı məğlub edib

Millətlər Liqası: Portuqaliya yığması Polşanı məğlub edib

13-10-2024, 01:14

Portuqaliya millisi Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda Polşa seçməsini məğlub edib.

“QELEBE.AZ” xəbər verir ki, Varşavada keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə portuqaliyalılar rəqibi iki dəfə məyus ediblər: yarımmüdafiəçi Bernardo Silva 26-cı dəqiqədə, hücumçu Kriştianu Ronaldu isə 37-ci dəqiqədə fərqləniblər. Polyakların heyətində 78-ci dəqiqədə Pyotr Zelinski fərqlənib. Lakin müdafiəçi Yan Bednarek 88-ci dəqiqədə topu komandasının qapısına vurub.

Portuqaliya və Polşa Xorvatiya və Şotlandiya milli komandaları ilə birlikdə 3-cü qrupda A Liqasında çıxış edirlər.

Portuqaliya yığması qrupdakı liderliyini davam etdirir- komanda üç görüşdən üçündə də qələbə qazanaraq doqquz xal toplayıb. Aktivində 3 xalı olan Polşa siyahıda üçüncü yerdədir.

Portuqaliya yığması dördüncü turda səfərdə Şotlandiya millisi ilə oynayacaq. Oyun oktyabrın 15-də keçiriləcək. Polşa milli komandası həmin gün Xorvatiya ilə evdə oynayacaq.

Geri qayıt