Qelebə.az / Millətlər Liqası: Estoniya - Azərbaycan matçında ikinci hissə başlayıb - YENİLƏNİB-4

Millətlər Liqası: Estoniya - Azərbaycan matçında ikinci hissə başlayıb - YENİLƏNİB-4

11-10-2024, 21:06

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda öndədirlər - 2:1.

Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.

20:49

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında meydan sahibləri fasiləyə üstün yollanıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə Vlasiy Sinyavski yığmamızı cəzalandırıb - 2:1.

45+2-ci dəqiqədə vurulan qoldan sonra oyunda birinci hissə başa çatıb.

20:46

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında hesab bərabərləşib.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə yığmamız hesaba tarazlıq gətirib - 1:1.

45+ 1-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib.

20:33

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında hesab açılıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.

32-ci dəqiqədə İoan Yakovlev fərqlənib.

20:00

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçına start verilib.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşü "A.Le Koq Arena”da keçirilir.

Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.

Geri qayıt