AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşa 70 illik yubileyi ilə əlaqədar Estoniya ilə oyunöncəsi məşqdən əvvəl xüsusi forma hədiyyə edib.
"Report" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, yığma sabah UEFA Millətlər Liqasının oyununda səfərdə Estoniya ilə qarşılaşacaq. C Liqasının I qrupunun görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.