Qelebə.az / Azərbaycanın aşağı yaş qruplarından ibarət basketbol millilərinin baş məşqçiləri müəyyənləşib

Azərbaycanın aşağı yaş qruplarından ibarət basketbol millilərinin baş məşqçiləri müəyyənləşib

10-10-2024, 15:43

Azərbaycanın aşağı yaş qruplarından ibarət basketbol millilərinin baş məşqçiləri bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, oğlanlardan ibarət U-12 yığması Vasili Mçedişviliyə həvalə edilib.

Bu millinin B komandasına isə David Tsivtsivadze rəhbərlik edəcək.

U-14-də A komandasında Polad Həsənov və Tahir Baxşıyev, B komandasında Fuad Niftəliyev söz sahibi olacaqlar.

U-16-da isə müvafiq olaraq Alberto Blanko ilə Anar Sarıyev A və B kollektivlərində işləyəcəklər.

Geri qayıt