Qelebə.az / İspaniya klubu 2006-cı ildən bəri ən pis göstəricisinə imza atıb

İspaniya klubu 2006-cı ildən bəri ən pis göstəricisinə imza atıb

8-10-2024, 13:32

İspaniya La Liqasının arxada qalan IX turu ərzində cəmi 7 qol vuran "Real Sosyedad" klubu 2006-cı ildən bəri ən pis göstəricisinə imza atıb.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, komanda 2006/2007 mövsümündə 9 oyunda rəqib qapılarına 5 dəfə yol tapmışdı.

"Real Sosyedad" həmin mövsümün sonunda La Liqanı tərk edərək Sequndaya düşmüşdü.

Qeyd edək ki, hesabında 9 xal olan komanda hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Geri qayıt