Qelebə.az / Millətlər Liqası: Estoniya - Azərbaycan matçının təyinatları açıqlanıb

Millətlər Liqası: Estoniya - Azərbaycan matçının təyinatları açıqlanıb

8-10-2024, 12:27

Azərbaycan millisinin oktyabrın 11-də Estoniya yığması ilə Tallində keçirəcəyi UEFA Milətlər Liqasının III tur oyununun hakim təyinatları açıqlanıb.

"QELEBE.AZ" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Lilleküla” stadionunda təşkil olunacaq görüşü İrlandiyadan olan hakimlər briqadası idarə edəcək:

11 oktyabr

Estoniya - Azərbaycan
“Lilleküla” stadionu. Saat 20:00
Baş hakim: Rob Harvey
Baş hakimin köməkçiləri: Robert Clarke, Wayne McDonnell
Dördüncü hakim: Rob Hennessy
(Hakimlər briqadası İrlandiyadandır)

Geri qayıt